İnsan, Lider və Rəhbər...
10 may 2013 20:15 (UTC +04:00)

İnsan, Lider və Rəhbər...

Xalqın, millətin taleyində, formalaşmasında, onun yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, siyasi liderlərin müstəsna rolu danılmazdır. Bir tərəfdən siyasi sistemdə baş verən dəyişikliklər, digər tərəfdən cəmiyyət həyatında baş verən siyasi proseslər siyasi hakimiyyətin formalaşmasında və fəaliyyətində siyasi liderin şəxsiyyətinin rolunu vacib edir. Siyasi liderliyin böyüklüyü də zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək, milli maraqları bu zəminə keçirmək bacarığı ilə ölçülür.

 

Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanbalı, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Belə ki, Azərbaycanın müstəqillik illərində qazandığı bütün uğurları məhz Heydər Əliyev zəkasının məhsulu kimi onun rəhbərliyi altında olmuşdur. Heydər Əliyev Azərbaycanın tarixi keçmişini bərpa etməsi, millli-mənəvi irsimizin dəyərlərini özümüzə qaytarması, milli adət-ənənələrimizi yaşatması ilə bu epoxanı əlçatmaz etmişdir.

 

Ümummilli liderin siyasi fəaliyyətini aşağıdakı tarixi ardıcıllıqla araşdırmaq mümkündür:

 

1)      1969-1982-ci illər;

2)      1982-1987-ci illər;

3)      1987-1993-cü illər;

4)      1993-2003-cü illər.

 

Hər bir tarixi mərhələ isə çətin mübarizə, eyni zamanda qürurverici fəaliyyətlə yadda qalıb. Əvvəlcə, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinə, 1969-cu ildən sonra isə respublikamıza rəhbərlik edən Heydər Əliyev ölkəmizin müstəqil dövlətçilik ənənələrinin yeni müstəvidə inkişaf etdirilməsində, milli mənlik şüurunun oyanışında əvəzsiz xidmətlər göstərmişdir. 1993-cü il, iyun ayının 15-də Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi və onun dünya dövlətləri sırasında öz layiqli yerlərindən birini tutması sahəsində yeni bir mərhələ başladı.

 

Heydər Əliyev dühasının hüdudları təkcə Azərbaycanla məhdudlaşmır. O, bütövlükdə türk dünyasının böyük dövlət xadimi, eyni zamanda müasir dövrdəki dövlətçiliyin yeni tipologiyasının əsaslarını qoyanlardan biridir. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir. Ümummilli lider bizim üçün elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl bir dövlətçilik konsepsiyası yaratmış, dövlət idarəçiliyi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoymuşdur. Onun dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bu gün üçün deyil, gələcək üçün də əhəmiyyətlidir.

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar"

İctimai Birliyinin fəalı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646
avatar

Oxşar yazılar