İlqar Məmmədov təkrar seçkilərdə iştirak etmək istəyir
14 aprel 2016 23:31 (UTC +04:00)

İlqar Məmmədov təkrar seçkilərdə iştirak etmək istəyir

Respublikaçı Alternativ (ReAl) Hərəkatının hazırda həbsdə olan sədri İlqar Məmmədov nəticələri ləğv edilmiş 90 saylı seçki dairəsində keçiriləcək təkrar seçkilərə qatılacaq.

 

Lent.az-ın xəbərinə görə, bunu hərəkatın idarə heyətinin üzvü Natiq Cəfərli özünün “facebook” səhifəsində yazıb.

 

O bildirib ki, bu gün İ. Məmmədovla onunla telefon danışığında bunu deyib.

 

Qeyd edək ki, bu il iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilər keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238
avatar

Oxşar yazılar