APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edilib.
Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmli olduğunun vurğulandığı görüşdə Azərbaycan prezidenti İlham Əliyevin bu səfərinin əlaqələrin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminlik bildirilib.
Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinin vurğulandığı görüşdə beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.