Prezident İlham Əliyev noyabrın 28-də Vilnüsdə Litvanın baş naziri Alqirdas Butkeviçius ilə görüşüb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan tərəfindən Litvaya investisiya qoyuluşu, ölkələrimiz arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu bildirilib.
Həmçinin görüşdə ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.