Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov aprelin 9-da saat 11. 00 -da Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların“[email protected]” elektron poçt ünvanı, 168 saylı “Qaynar xətt”, həmçinin Nazirliyin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Lənkəran şəhəri, 20 Yanvar küçəsi, 20-ci məhəllə, əlaqə tel: 0503692077 və 025-254-44-02) xahiş olunur.