Hökumət Milli Məclisdə hesabat verib
15 mart 2013 22:40 (UTC +04:00)

Hökumət Milli Məclisdə hesabat verib

 

Milli Məclisdə hökumətin hesabatının müzakirəsinə başlanılıb. Baş nazir Artur Rəsizadə bildirib ki, ötən il ölkə üzrə Ümumi Daxili Məhsul 2,2 faiz artıb. Adambaşına ÜDM-in həcmi isə 7,5 min manat təşkil edib. Bununla yanaşı ölkədə sahibkarlığın inkişaf etdirilməsi, qeyri-neft sektorunda uğurların əldə edilməsi istiqamətində mühüm addımlar atılıb: "Dövlət Neft Fondunun gəlirləri 14. 3 faiz artaraq 34 milyard manatdan çox olub. Həmçinin ölkəyə ötən bir il ərzində 20,3 milyard manat həcmində investisiya yatırılıb. Bu çox böyük rəqəmdir. Bununla bərabər ötən ildə əhalinin adambaşına gəlirləri 3,8 min manata çatıb".

 

Millət vəkili Zahid Oruc kredit resursları ilə bağlı fikirlərini də bölüşüb. Millət vəkili Qüdrət Həsənquliyev isə regionlarda sahibkarlığın inkişafının daha da sürətləndirilməsini vacib hesab edib. O, dövlət ehtiyacları üçün Naxçıvanda istehsal edilən minik avtomobillərinin alınmasını təklif edib və bildirib ki, bu addım eyni zamanda regionlarda sənayenin inkişafına da dəstək olar: "Bu avtomobillər heç də keyfiyyətsiz deyil. Biz Naxçıvanı minik avtomobillərinin istehsalı, Gəncəni isə yük avtomobilləri istehsalı mərkəzinə çevirə bilərik. Naxçıvanda istehsal edilən minik avtomobilləri Ən azı orta məmurlar üçün xidməti maşın kimi alına bilər. Ola bilər yüksək çinli məmurlar üçün o avtomobillər kifayət eləməsin, amma orta səviyyəli məmurlar üçün normal maşınlardır”.

Fuad Muradov bildirib ki, hesabat prezident İlham Əliyevin təyin etdiyi istiqamət üzrə aparılan işlərin nəticələrini ortaya qoyur: “İş olan yerdə problemlərin olması mümkündür. Bəzi siyasi qüvvələr çalışırlar ki, bu problemləri qabardaraq qlobal bir problemə çevirsinlər. Bu, mümkün olmayacaq. Xalq ayıqdır, heç bir xarici və daxili qüvvə ölkədə stabilliyi poza bilməz".

 

İclasın davamında millət vəkilləri hesabatla bağlı fikirlərini bölüşüblər. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706
avatar

Oxşar yazılar