Gürcü nazir: “Türkiyə və Azərbaycanla xüsusi hərbi əməkdaşlıq münasibətlərimiz var”
02 aprel 2013 14:38 (UTC +04:00)

Gürcü nazir: “Türkiyə və Azərbaycanla xüsusi hərbi əməkdaşlıq münasibətlərimiz var”

0

Gələn il keçiriləcək Gürcüstan-ABŞ birgə hərbi təlimlərinə Türkiyə və Azərbaycan da qoşula bilər


 

Gələn il keçiriləcək Gürcüstan-ABŞ birgə hərbi təlimlərinə Türkiyə və Azərbaycan da qoşula bilər. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya məlumat verib. Onun sözlərinə görə, Gürcüstan Müdafiə Nazirliyi gələn il briqada səviyyəsində təlimlər keçirməyi planlaşdırır:

 

“Bununla əlaqədar biz ilk növbədə ABŞ tərəfi ilə danışıqlar aparırıq. Çox güman ki, bu təlimlərə region ölkələri də qoşulacaq. Təbii ki gizlətmirik, bizim Türkiyə və Azərbaycanla xüsusi hərbi əməkdaşlığımız var. Biz artıq üçtərəfli danışıqlar aparırıq, birgə qərargah təlimləri keçirmişik. Buna görə də güman edirik ki, əgər iştirakçıların coğrafiyası genişlənməli olsa, bu, ilk növbədə Türkiyə və Azərbaycanın hesabına olacaq”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 749

Oxşar yazılar