Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Fəhmin Hacıyev tutduğu vəzifədən və partiya üzvlüyündən istefa verib. Lent.az-ın məlumatına görə, o, bu barədə facebook sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. F.Hacıyev yazır: “Bu gündən etibarən AXCP üzvlüyündən və partiya sədrinin müşavirliyindən istefa verirəm. Siyasətdən getmirəm. Müstəqil siyasətçi kimi ölkəmizin demokratik inkişafı üçün çalışacağam. Bəlkə də yeni partiya təsis edilməsi gündəmə gələ bilər”.
Keçmiş müşavir yeni yaranmış Milli Şuraya sona kimi dəstək verəcəyini də qeyd edib.