Elmar Məmmədyarov Maldiv prezidenti ilə görüşüb
07 fevral 2013 15:57 (UTC +04:00)

Elmar Məmmədyarov Maldiv prezidenti ilə görüşüb

Fevralın 6-da xarici işlər naziri Elmar Məmmədyarov Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında iştirakı çərçivəsində Maldiv Respublikasının prezidenti Məhəmməd Həsən ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı iqtisadiyyat və turizm sahələrində əməkdaşlıq imkanları və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

 

Məhəmməd Həsən ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Elmar Məmmədyarov öz növbəsində Azərbaycanın Maldivlə ikitərəfli münasibətləri genişləndirməyə hazır olduğunu söyləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734
avatar

Oxşar yazılar