Elmar Məmmədyarov iranlı həmkarı ilə sərhəddəki vəziyyətdən danışıb
27 noyabr 2013 00:02 (UTC +04:00)

Elmar Məmmədyarov iranlı həmkarı ilə sərhəddəki vəziyyətdən danışıb

Xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Tehranda keçirilən 21-ci iclası çərçivəsində İranın xarici işlər naziri Məhəmmədcavad Zəriflə görüşüb.

 

 Xarici İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş əsnasında nazir Elmar Məmmədyarov İran ilə “altılıq” arasında Cenevrədə aparılan son danışıqların müsbət məcraya doğru yönəlməsinin Azərbaycan tərəfindən alqışlandığını bildirib.

 

M.C. Zərif  oktyabrın 9-da Azərbaycanda keçirilmiş uğurlu prezident seçkisi ilə əlaqədar Azərbaycan xalqını təbrik edib.

 

Görüş zamanı ikitərəfli əsasda enerji, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunaraq, tezliklə hökumətlərarası birgə əməkdaşlıq komissiyanın iclasının keçirilməsi barəsində razılıq əldə olunub.

 

Bundan başqa, sərhəddə yaranmış vəziyyət ilə əlaqədar tərəflər arasında fikir mübadiləsi aparılıb.

 

Nazir Elmar Məmmədyarov Məhəmmədcavad Zərifi ölkəmizə dəvət edib. Dəvət İran naziri tərəfindən məmnuniyyətlə qəbul edilib.  

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1214
avatar

Oxşar yazılar