Bu gün xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Tehran şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının növbəti 21-ci iclasında iştirak etmək məqsədi ilə bu ölkəyə səfər edəcək.
Nazirlikdən Lent.az-a daxil olan məlumata görə, iclas zamanı gündəliyə uyğun olaraq, bir sıra məsələlərin müzakirəsi, o cümlədən təşkilat çərçivəsində ölkələr arasında əməkdaşlıq və təşkilatın inkişafı kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.
Məlumatda bildirilir ki, bu ilki iclasda İƏT Nazirlər Şurasına sədrlik Azərbaycan Respublikasından İran İslam Respublikasına keçəcək.