Xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının "Silahlı münaqişələrdə mülki şəxslərin mühafizəsi" mövzusunda carı il fevral ayının 12-də keçirilməsi nəzərdə tutulan açıq müzakirələrində iştirak etmək üçün Nyu-Yorka səfərdədir.
Bu barədə Lent.az-a Azərbaycanın BMT yanında daimi nümayəndəliyinə istinadən məlumat verib.
Fevralın 11-də E.Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasının prezidenti Vuk Yeremiç ilə görüşüb.
Görüş zamanı, Azərbaycanın BMT ilə əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf etdirilməsi perspektivləri, eləcə də bu əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları ətrafında müzakirələr aparılıb.
Azərbaycanın xarici işlər naziri həmsöhbətinə Azərbaycan ərazilərinin işğalına Ermənistanın son qoyulması istiqamətində göstərilən səylər barədə də məlumat verib.