Ekvadorun eks-prezidenti: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”
12 aprel 2016 20:09 (UTC +04:00)

Ekvadorun eks-prezidenti: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”

Ekvadorun sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Rosalia Arteaqo Serrano Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

 

Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

 

“Hörmətli cənab Prezident,

 

Bu günlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində gərginliyin artması nəticəsində həm mülki vətəndaşların, həm də hərbçilərin həlak olması ilə bağlı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından başsağlığımızı qəbul etməyinizi xahiş edirik.

 

Biz də beynəlxalq ictimaiyyətə qoşularaq 1994-cü ildə əldə edilmiş atəşkəsin bu yaxınlarda təhlükəli şəkildə pozulması ilə bağlı ciddi narahatlığımızı ifadə edirik. Qoşunların təmas xəttində gərginliyin artması bütün regionun sabitliyi üçün təhdiddir.

 

İndiki vəziyyətdə bütün mümkün diplomatik kanalları işə salaraq, o cümlədən ATƏT-in və Minsk qrupunun üzvlərinin səylərindən istifadə edərək münaqişənin ədalətli həllinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olmaq üçün bütün imkanlardan istifadə etmək vacibdir.

 

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bunu beynəlxalq hüququn norma və prinsipləri tələb edir.

 

Cənab Prezident, bizim yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Oxşar yazılar