Bu gün Ordubad rayonunun Əylis kəndində aksiya keçirilib. SİA-nın məlumatına görə, min nəfərə qədər kənd sakininin qatıldığı aksiyada yazıçı Əkrəm Əylisilinin “Daş yuxular” əsərinə etiraz bildirilib.
Aksiyada yazıçının əleyhinə şüarlar səsləndirilib, ondan digər dövlət təltiflərinin də geri alınması ilə bağlı təkliflər səsləndirilib.
Aksiyanın sonunda kənd meydanında Əkrəm Əylislinin kitabları yandırılıb.