Milli Məclisin deputatları Qənirə Paşayeva, Asim Mollazadə və Ceyhun Osmanlı Avronest PA-nın Siyasi komitəsinin iclasına qatılmaq üçün bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərinə səfərə edəcəklər. Lent.az-ın məlumatına görə, iclasda “Şərqi Avropadakı tərəfdaş ölkələrdə regional təhlükəsizlik çağırışları” mövzusunda məruzə layihəsi təqdim olunacaq. İki gün davam edəcək ilkin müzakirələrdə deputatlarımız rəy və təkliflərini bildirəcəklər.
Eyni zamanda, Azərbaycan nümayəndə heyəti üzvlərinin də daxil olduğu Avronest PA nümayəndə heyətinin üzvlərinin Gürcüstan prezidenti, baş naziri və Parlament sədri ilə görüşləri nəzərdə tutulub.