Daha bir cərimələnənin əmlakı siyahıya alındı
12 mart 2013 22:54 (UTC +04:00)

Daha bir cərimələnənin əmlakı siyahıya alındı

 

Martın 12-də Binəqədi rayon məhkəməsinin icraçıları Demokrat Partiyası (ADP) sədrinin müavini Cəmil Hacıyevin yaşadığı evə gələrək əmlakını qeydə alıblar. Buna səbəb onun 26 yanvar aksiyasında saxlanaraq 500 manat cərimə edilməsidir.
 
 
Cəmil Hacıyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, məhkəmə icraçıları evdəki mebelləri siyahıya aldıqdan sonra gediblər:
 
 
«Gəldilər evdə mənə məxsus olmayan əşyaları siyahıya aldılar. Mən onlardan icra haqqında vərəqə və ya hər hansı sənəd istədim, onlar heç bir sənəd təqdim etmədilər. Ancaq qanunu göstərdilər».
 
 
Məhkəmə icraçıları C. Hacıyevə idarəyə gəlib həm icra vərəqəsinin surətini, həm də aktın təsdiq olunmuş surətini ala biləcəyini deyiblər.
 
 
Məhkəmə icraçıları müvafiq orqanlara onun əmlakı haqqında sorğu göndərdiklərini, cavab gəldikdən sonra əmlaka həbs qoyulması üçün məhkəməyə müraciət ediləcəyini bildiriblər.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681
avatar

Oxşar yazılar