Azərbaycandan Böyük Britaniyaya rəsmi <span style="color:red;">ETİRAZ
02 iyul 2015 12:19 (UTC +04:00)

Azərbaycandan Böyük Britaniyaya rəsmi ETİRAZ

Dünən Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Xarici İşlər Nazirliyində olub.

 

XİN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Böyük Britaniyaya səfəri və iyulun 8-də “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda keçirilməsi nəzərdə tutulan tədbirdə iştirak edəcəyi ilə bağlı Azərbaycan Respublikası Hökumətinin qəti etiraz etdiyini bildirib.

 

Eyni zamanda bu kimi halların Azərbaycan və Böyük Britaniya arasında mövcud olan dostluq və strateji münasibətlərin ruhuna uyğun olmadığı və bunun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş addım olduğu vurğulanıb.

 

Səfir İrfan Siddiq Böyük Britaniyanın Dağlıq Qarabağdakı rejimi tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını deyərək, Azərbaycanın narahatlığı barəsində ölkəsinin Xarici İşlər Nazirliyinə məlumat verəcəyini diqqətə çatdırıb. Həmçinin, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən məsələ ilə bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyində görüş keçirilib və müvafiq etiraz məktubu təqdim edilib. Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin məktubuna cavab olaraq, Böyük Britaniya XİN-in məktubunda bildirilib ki, Böyük Britaniya Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir, Dağlıq Qarabağda yaradılmış rejimi tanımır və Böyük Britaniyanın bu mövqeyi dəyişməz olaraq qalır. Məktubda separatçı rejimin başçısının Böyük Britaniyaya səfərinin hökumət tərəfindən təşkil edilmədiyi və onun Londonda olacağı müddətdə heç bir hökumət rəsmisi ilə görüşünün olmayacağı xüsusilə vurğulanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145
avatar

Oxşar yazılar