Bəlucistan əyalətinin baş naziri Abdul Malik Bəluc Azərbaycanın Pakistandakı səfirliyini ziyarət edib. Lent. az-ın məlumatına görə, görüş zamanı səfir Daşqın Şikarov Dağlıq Qarabağ da daxil olmaqla bütün məsələlərdə Pakistanın Azərbaycana verdiyi dəstəyə görə Bəluca təşəkkür edib və Azərbaycan xalqının da daim bütün məsələlərdə Pakistanla birlikdə olduğunu bildirib.
Əyalətinin baş naziri Bakı Humanitar Forumunda iştirak etdiyini bildirərək, ən yüksək səviyyədə təşkil olunmuş bu tədbirin əhəmiyyətini qeyd edib.
Bəlucistan hökumətinin başçısı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Qurban Bayramında zəlzələ bölgəsində fəlakətdən zərər çəkmiş insanlara yardım etdiyinə, həmçinin 2012-ci ildə əyalətin Kvetta və Zob şəhərlərində həyata keçirtdiyi humanitar layihələrə görə ona öz minnətdarlığını bildirib.