Bakıda beynəlxalq Forum keçirilib
11 mart 2013 14:56 (UTC +04:00)

Bakıda beynəlxalq Forum keçirilib

QHT Əməkdaşlıq Alyansı Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Beynəlxalq təşkilatların yerli QHT-lərlə əməkdaşlığının gücləndirilməsi  mövzusunda Forum keçirib. Bu barədə Lent.az-a Şuradan məlumat verilib.

 

Forum beynəlxalq təşkilatların və missiyaların  müxtəlif baxışları bölüşən yerli QHT-lər arasında əməkdaşlığının genişləndirilməsi vacibliyini önə çəkib.

 

Forumda Beynəlxalq təşkilatların insan haqları, fundamental azadlıqlar barədə hər il yayılan hesabatları da müzakirə predmeti olub.

 

QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqovun açılış nitqindən sonra Forumda  “Azərbaycan vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr” mövzusunda Şuranın sədri, millət vəkili Azay Quliyev, “Azərbaycan QHT-ləri və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq üçün istifadə olunmamış resurslar və potensial; təkliflər” mövzusunda “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev, ”Beynəlxalq təşkilatlar və Azərbaycanın vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi vacibliyini şərtləndirən amillər” mövzusunda millət vəkili Vahid Əhmədov, “Dövlət-QHT Əməkdaşlığı: Mərakeş təcrübəsi” mövzusunda Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfiri Hassan Hami, “Azərbaycan hökumətinə demokratiya və idarəetmə üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsində vətəndaş cəmiyyətinin rolu” mövzusunda USAID/Azərbaycan ofisinin Demokratiya və İdarəetmə İdarəsinin direktoru, Ronald Glass və digərləri çıxış ediblər.

 

Sonda məruzələr ətrafında  geniş müzakirələr aparılıb və növbəti addımların müəyyən edilməsi üçün Bəyannamə qəbul edilib. Qeyd edək ki, Forumda 40 yaxın beynəlxalq təşkilatların və səfirliklərin nümayəndəsi, 10-dan çox millət vəkili, onlarla aparıcı mətbuat orqanlarının baş redaktorları və rəhbərləri və yüzlərlə vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624
avatar

Oxşar yazılar