Azərbaycanlı diplomat yapon rəsmsini qəbul edib
30 yanvar 2013 22:40 (UTC +04:00)

Azərbaycanlı diplomat yapon rəsmsini qəbul edib

0

Yanvarın 30-da xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiya Xarici İşlər Nazirliyinin Qafqaz, Mərkəzi Asiya və GUAM üzrə xüsusi nümayəndəsi Takeşi Hikiharanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə,yaponiyalı qonaq Azərbaycana ilk səfərindən məmnun olduğunu bildirərək, ölkəmizlə Yaponiya arasında bir çox ortaq dəyərlərin, o cümlədən demokratiya və qanunun aliliyi kimi dəyərlərin mövcud olduğunu söyləyib. Azərbaycanın Yaponiya üçün əhəmiyyətindən bəhs edən Takeşi Hikihara, ölkəmizin regionun vacib və strateji ölkəsi olduğunu bildirib.

 

Takeşi Hikihara cari il fevralın 7-də Azərbaycanın ilk süni peykinin orbitə çıxarılacağını qeyd edərək, ölkəsinin bu sahədə zəngin təcrübəsinin olduğunu söyləyib və Yaponiya tərəfinin sözügedən təcrübəni bölüşməyə hazır olduğunu vurğulayıb.

 

Takeşi Hikihara Azərbaycanın regionda Yaponiyanın əsas və etibarlı tərəfdaşı olduğunu diqqətə çatdırıb.

 

Nazir müavini Xələf Xələfov iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edib. Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini qeyd edən Xələf Xələfov, bunun əsasında siyasi dialoqun yüksək səviyyədə olmasının durduğunu vurğulayıb.

 

Xələf Xələfov həmçinin, Yaponiya şirkətlərinin Azərbaycan iqtisadiyyatındakı rolunun əhəmiyyətinə nəzər salaraq, onların iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiklərini söyləyib. Yaponiyanın İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edən nazir müavini, Azərbaycanın bu sahəyə böyük önəm verdiyini bildirib.

 

İki ölkə arasında təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın vacibliyini vurğulayan Xələf Xələfov, Yaponiya tərəfinin azərbaycanlı tələbə və mütəxəssislərin Yaponiyada təhsil alması və təcrübə toplaması üçün yaratdığı şəraiti yüksək qiymətləndirdiyini qarşı tərəfin diqqətinə çatdırıb. Bunun da öz növbəsində iki ölkə arasında münasibətlərin inkişafına böyük töhfə verdiyini bildirib.

 

Xələf Xələfov qarşılıqlı səfərlərin təşkil olunmasını, o cümlədən parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini nəzərə çatdırıb.

 

Nazir müavini Azərbaycanın inkişafından bəhs edərkən, ölkəmizin regiondakı rolu haqda qarşı tərəfə ətraflı məlumat verib. Xələf Xələfov regionun inkişafı, buradakı sabitlik və təhlükəsizliyə başlıca maneə kimi 20 ildən artıq davam edən Ermənistanın Azərbaycana qarşı təcavüzünü göstərib. Münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun səylərini nəticə vermədiyini bildirən nazir müavini, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasını tələb edən qətnamələrə əməl etməsi üçün Ermənistana beynəlxalq təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 545

Oxşar yazılar