Azərbaycanın Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası prezidentinin İlham Əliyevin sərəncamı ilə Qaley Əliyeviç Allahverdiyev Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə Tahir Pirəli oğlu Kərimov Azərbaycan Respublikasının Malayziyada, Bruney Darüssalamda və Kamboca Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.