Azərbaycanda nazirliklər yanındakı İctimai Şuraların müstəqilliyini təmin edəcək təklif
02 aprel 2013 13:40 (UTC +04:00)

Azərbaycanda nazirliklər yanındakı İctimai Şuraların müstəqilliyini təmin edəcək təklif

0

Amerikalı ekspert İctimai Şuraların vahid Əsasnamə əsasında fəaliyyət göstərməsini təklif edib

 

 

Aprelin 5-də Milli Məclisdə “İctimai İştirakçılıq haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

 

Lent.az-ın verdiyi məlumata görə, bu gün Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) tərəfindən qanun layihəsi ilə bağlı keçirilən ictimai müzakirə zamanı Şura sədri Azay Quliyev deyib ki, Vaşinqtondan ekspert kimi dəvət edilən Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin Avrasiya üzrə vitse-prezidenti Natalia Bourjaily maraqlı təklif verib.

 

 

Natalia Bourjaily dövlət qurumları yanında yaradılacaq İctimai Şuralarını vahid Əsasnamə əsasında fəaliyyət göstərməsinin vacib olduğunu bildirib, bununla bağlı qanun layihəsinə müvafiq müddəanın salınmasını təklif edib. Arqument də bu olub ki, vahid Əsasnamə əsasında fəaliyyət İctimai Şuraların dövlət qurumlarından asılılığını aradan qaldıracaq.

 

Azay Quliyev bildirib ki, bu, maraqlı təklifdir və qanun layihəsində nəzərə alına bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 588

Oxşar yazılar