Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü olub. APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.
Serbiya prezidenti Tomislav Nikoliçin Azərbaycan Respublikasına rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Azərbaycan ilə Serbiya arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib. Görüşdə ikitərəfli, regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.