Azərbaycan və Serbiya arasından sənədlər imzalanıb
08 fevral 2013 17:47 (UTC +04:00)

Azərbaycan və Serbiya arasından sənədlər imzalanıb

Fevralın 8-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Serbiya Respublikasının prezidenti Tomislav Nikoliçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Serbiya sənədlərinin imzalanma mərasimi olub. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç imzalayıblar. 

 


“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i,  “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Serbiya Respublikasının xarici işlər naziri İvan Mrkiç imzalayıblar.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç mətbuata bəyanatlarla çıxış ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 544
avatar

Oxşar yazılar