Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub
23 iyun 2014 15:36 (UTC +04:00)

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

0

Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığı olub. Bu barədə APA-nın Moskva müxbirinə Kremlin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda bildirilib ki, Vladimir Putin və İlham Əliyev Rusiya-Azərbaycan əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd ediblər və bu əməkdaşlığın daha da genişləndirilməsini tərəfdarı olduqlarını bildiriblər.
 

Hər iki lider gündəlikdə olan aktual məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə fikir mübadiləsi aparıblar. Rusiya tərəfi problemin sülh yolu ilə həll olunması üçün bütün mümkün yardımı göstərməyə hazır olduğunu deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1279

Oxşar yazılar