Yaxın günlərdə Strasburqda Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin görüşü keçiriləcək.
APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə keçirdiyi mətbuat konfransında Ermənistanın AŞPA-da nümayəndə heyətinin rəhbəri David Arutyunyan deyib. O dəqiq tarixi açıqlamasa da, görüşün heyət rəhbərləri arasında deyil, nümayəndə üzvlərinin hamısının iştirakı ilə keçiriləcəyini bildirib.