Martın 11-də prezidentlər İlham Əliyevin və İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdən sonra Azərbaycan və Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi imzalanıb. Lent. az-ın AzərTAc -a istinadən verdiyi məlumata görə, bəyannaməni Prezidentlər imzalayıblar.
Zaqreb Bəyannaməsinin imzalanma mərasimindən sonra hər iki prezident bəyanatla çıxış ediblər.
Daha sonra prezidentlər mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.