Azərbaycan, Türkiyə və Gürcüstan “Qafqaz Qartalı”nı təsdiqləyib
06 fevral 2013 20:09 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Gürcüstan “Qafqaz Qartalı”nı təsdiqləyib

Azərbaycan prezidenti ötən il noyabrın 21-də Ankarada imzalanmış 1. 2012-ci il noyabrın 21-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında keçiriləcək xüsusi təyinatlı kiçik bölmələrin “Qafqaz Qartalı” təlimi üçün ev sahibi ölkə dəstəyinin şərtlərinə dair Anlaşma Memorandumu”nun təsdiqlənməsi barədə Fərman imzalayıb. 

APA-nın məlumatına görə, Fərmana əsasən, Müdafiə Nazirliyinə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə və Gürcüstan hökumətlərini xəbərdar etmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1094
avatar

Oxşar yazılar