Azay Quliyevin müəllifi olduğu qətnamə layihəsi ATƏT PA-da qəbul edilib - YENİLƏNİB
01 iyul 2014 16:12 (UTC +04:00)

Azay Quliyevin müəllifi olduğu qətnamə layihəsi ATƏT PA-da qəbul edilib - YENİLƏNİB

0

Bu gün ATƏT PA-nın Bakıda keçirilən  23-cü illik sessiyasında ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, büro üzvü Azay Quliyevin müəllifi olduğu “ATƏT regionunda mədəni mülkiyyətin qorunması” adlı qətnamə layihəsi Demokratiya, insan haqları və humanitar problemlər (3-cü komitə) Komitəsində  müzakirəyə çıxarılıb. Lent.az-ın məlumatına görə, Azay Quliyev çıxış edərək Qətnamə layihəsi haqqında deputatlara məlumat verib.

Sonra iclasın aparıcısı Qətnaməyə edilən təkliflərlə bağlı müzakirəni açıq elan edib. İrəli sürülən dəyişikliklər bənd-bənd müzakirəyə çıxarılıb. Erməni nümayəndə heyətinin rəhbəri Artaşes Qaqemyanın ciddi cəhdlərinə, xahişinə baxmayaraq irəli sürdüyü təkliflər Qətnamə müəllifinin tutarlı, əsaslı çıxışlarından sonra avropalı parlamentarilər tərəfindən rədd edilib. A. Quliyev bildirib ki, erməni deputatın narahatlığını yaxşı başa düşür. Amma işğal altında olan torpaqlarda yerləşən tarixi-mədəni abidələrin dağıdılması, formasının dəyişdirilməsi, özgəninkiləşdirilməsi, oğurlanması, qəsb edilməsinin pislənməsi ilə yanaşı, iştirakçı dövlətlərin bu cür hərəkətlərə yol verənlərə qarşı tədbirlər görməsi və tarixi abidələrin qorunması mexanizmlərinin təsis edilməsi kimi məsələlərin əksini tapdığı Qətnamənin qəbulu ATƏT-in missiyasına tamamı ilə uyğundur.

Qətnamə layihəsinə təklif edilən 10 düzəlişdən yalnız 5-i müəllif tərəfindən əsaslı hesab edilərək, qəbul olunub. Müzakirələrdən sonra iclasın aparıcısı, xanım İsabel Santos Qətnamə layihəsini səsverməyə çıxarıb və sənəd böyük səs çoxluğu ilə (2 nəfər bitərəf, əleyhinə 0) qəbul edilib. YUNESKO-nun və digər beynəlxalq təşkilatların siyahısında olub-olmamasından asılı olmayaraq, böyük əhəmiyyətə malik mədəni irsin qəsdən dağıdılmasının qadağan edilməsi, qarşısının alınması və bu hərəkətə görə cəza verilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi layihədə açıq qeyd edilib. Bu qətnamə ATƏT ərazində işğal edilmiş ərazilərdə, o cümlədən Azərbaycanın zəbt olunmuş torpaqlarında mədəni irs nümunələrinin dağıdılması, məhv edilməsi və tarixi saxtalaşdırılmasının qarşısının alınması istiqamətində yeni bir beynəlxalq sənəddir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 823

Oxşar yazılar