Avropa Birliyi Tofiq Yaqublu və İlqar Məmmədovun həbsindən narahatdır
09 fevral 2013 18:25 (UTC +04:00)

Avropa Birliyi Tofiq Yaqublu və İlqar Məmmədovun həbsindən narahatdır

Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Ketrin Eşton və genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Azərbaycanda Müsavat başqanının müavini Tofiq Yaqublunun və REAL hərəkatının sədri İlqar Məmmədovun həbsindən narahatlıqlarını bildiriblər.

APA-nın xəbərinə görə, birgə yaydıqları bəyanatda AB-nin komissarları Azərbaycanı “məsələnin sürətli, ədalətli, şəffaf və müstəqil araşdırmasını təmin etməyə” çağırıblar.

Bundan başqa, Ş.Füle yanvarın 26-da Bakıda keçirilən razılaşdırılmamış etiraz aksiyasının iştirakçılarına qarşı irəli sürülmüş ittihamlara yenidən baxmağı tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553
avatar

Oxşar yazılar