Avropa Birliyi ilə viza sazişi bizə nə verəcək? – EKSPERT RƏYİ
29 noyabr 2013 12:48 (UTC +04:00)

Avropa Birliyi ilə viza sazişi bizə nə verəcək? – EKSPERT RƏYİ

Bu gün Litvanın paytaxtı Vilnüsdə Azərbaycan ilə Avropa Birliyi arasında “Viza Sadələşdirilməsi və Riadmisiya” anlaşması imzalanıb. Sənədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, AB tərəfindən isə Litva xarici işlər naziri Linas Linkyaviçyus və AB-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imza atıblar. Anlaşma yanvarın 1-dən qüvvəyə minəcək.


Tanınmış iqtisadçı Vüqar Bayramov bu anlaşmanın Azərbaycana verəcəyi müsbət nəticələri şərh edib.

 

Lent.az-ın məlumatına görə, ekspertin fikrincə, bu anlaşmaya sadəcə Shengen vizasının alınmasının sadələşdirilməsi aspektindən deyil, eyni zamanda Azərbaycanın Avropa Birliyi standartlarına uyğunlaşdırılması konktekstindən də yanaşmaq lazımdır. Belə ki, bu anlaşma ölkədə biometrik pasportların dövriyyəyə buraxılmasını təmin etməklə yanaşı, eləcə də bu sahədə sənədlərin təhlükəsizliyini də reallaşdırır.

 

Ekspert bildirir ki, sənəd riadmisiya və qeyri-leqal miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi, təhlükəsizlik və ədliyyə sahəsində əməkdaşlıq və eləcə də Azərbaycanın xarici əlaqələrinin təkmilləşdirilməsi baxımdan da əhəmiyyətlidir: “Bu anlaşma Azərbaycan vətəndaşlarının Avropa Birliyinə səyahət imkanlarının sadələşdirilməsi və innovasiyaların ixracı baxımdan dəyərlidir. Həmçinin, Azərbaycan ilə birlik arasında aparılan və eləcə də başlamalı olan o cümlədən Asossiativ Müqavilənin gələcəkdə reallaşdırılması baxımdan pozitiv təsirlərə malikdir”.

V.Bayramovun sözlərinə görə, anlaşma növbəti mərhələdə Azərbaycan vətəndaşlarının Birliyə vizasız səfəri üçün zəmin yaradacaq və Moldova təcrübəsi bu yanaşmanı tam olaraq təsdiq edir: “Təbii ki, anlaşmanın əsas məqsədi Azərbaycan ilə Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və qonaq ölkə vətəndaşlarının daha sadə və asan mexanizmlər ilə viza almasını özündə ehtiva edir. Anlaşmada öz əksini tapan konkret məqsədlər isə aşağıdakılardır:

Birincisi, uzun müddətli vizalarda şengen ölkəsində qalmaq müüddətində qalma müddəti 2 dəfə, 90 gündən 180 günədək artılacaq. Bu o deməkdir ki, əvvəllər uzun müddətli, məsələn, 3 illik multi şengen viza alanlar üçün brilikdə maksimum qalma müddəti 3 ay idisə, bu rəqəm artıq 6 ay olacaq;

İkincisi, uzun müddətli vizaların müddətİ 3 ildən 5 ilədək uzadılacaq. Yəni, əvəllər səfirliklər şengen vizasını maksimum 3 il müddətinə təqdim edirdilərsə, indi bu zaman 5 ilədək uzadılacaq;

Üçüncüsü, şengen vizasının rəsmilləşdirilməsi üçün tələb edilən viza haqqı 60 avrodan 35 avroya endiriləcək;

Dördüncüsü, müəyyən kateqoriya Azərbaycan vətəndaşları üçün şengen vizaları pulsuz təklif olunacaq. Bu kateqoriya kifayət qədər geniş təbəqəni əhatə edir. Bura 12 yaşından kiçik olan uşaqlar, təqaüdçülər, dövlət qulluqçüları, əlil insanlar, şengen ölkəsində yaşayanların yaxın qohumlar, jurnalistlər, konfras və elmi tədbirlərdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri, mübadilə proqramında iştirak edən tələbələr və s. daxildir.

Beşincisi, vizaların verilməsi üşün tələb edilən müddət 2 dəfə azaldılacaq. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşları vizaların alınması üçün heç də günlərlə gözləməyəcəklər. Güzəştli kateqoriyalar üçün bu müddət cəmi 2 gün olacaq;

Altıncısı, viza alınması üçün tələb edilən sənədlərin sayı kəskin azalacaq. Bu isə imkan verəcək ki Azərbaycan vətəndaşları daha az sənəd təqdim etməklə vizanın rəsmilləşdirilməsini həyata keçirə bilsinlər;

Yeddincisi, şengen ölkəsində olan və viza müddəti başa çatan Azərbaycan vətəndaşları texniki baxımdan (məsələn, səhiyyə xidməti alanlar) ölkəyə qayıdaraq səfirliyi müracəti etmək imkanları olmadığı halda Avropa Birliyində həmin vizanın müddətini uzatmaq imkanına malik olacaqlar.

Ümumiyyətlə, bu anlaşma Azərbaycanın Avropaya yaxınılaması baxımdan yeni bir mərhələnin başlanğıcıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1105
avatar

Oxşar yazılar