ATƏT PA-nın Bakıda keçiriləcək iclasının gündəliyi açıqlandı
19 iyun 2014 19:12 (UTC +04:00)

ATƏT PA-nın Bakıda keçiriləcək iclasının gündəliyi açıqlandı

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçiriləcək 23-cü yay sessiyasının gündəliyi məlum olub.


 

Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, sessiyanın gündəliyi “Helsinki+40” devizi altında regionda təhlükəsizliyə həsr ediləcək. O qeyd edib ki, toplantıda ayrı-ayrı komitələrdə hazırlanmış məruzələr, qətnamələr də müzakirə olunacaq: “Bütün bunlar plenar iclasda müzakirə olunaraq sessiyanın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək”.

 

B. Muradova sessiyada Ukrayna mövzusu ilə bağlı xüsusi debat təşkil olunacağını da söyləyib: “Bu, gündəliyin ən maraqlı məsələsi olacaq. Müzakirə iyulun 1-nə nəzərdə tutulmuş plenar iclasda keçiriləcək”.

 

Qeyd edək ki, ATƏT PA-nın 23-cü yay sessiyası iyunun 28-dən iyulun 2-nə qədər Bakıda keçiriləcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565
avatar

Oxşar yazılar