ATƏT-in baş katibi Lamberto Zannyer martın 15-də Azərbaycana gələcək. Bu barədə APA-ya ATƏT-in Bakı ofisindən məlumat verilib.
Səfərin məqsədi ATƏT və Azərbaycan arasında əməkdaşlığını müzakirə etməkdir. Lamberto Zannyer səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.