Arkanzas Dövlət Kapitol Binasının qarşısında Azərbaycan bayrağı
13 fevral 2013 16:11 (UTC +04:00)

Arkanzas Dövlət Kapitol Binasının qarşısında Azərbaycan bayrağı

0

ABŞ-ın Arkanzas Ştatında Azərbaycan bayrağı ucaldılmışdır: Xocalı qətliamı ilə bağlı Arkanzas Senatı və Nümayəndələr Palatasının qətnamələrinin surəti Azərbaycan nümayəndələrinə təqdim olunmuşdur

 

Fevralın 12-də ABŞ-ın Arkanzas ştatının paytaxtı Litl Rok şəhərində ştat qubernatorunun sarayında Türkiyə-Arkanzas-Azərbaycan dostluq ziyafəti təşkil olunub.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən Lent.az-a verilən məlumata görə, Türkiyə və Azərbaycan nümayəndələrindən ibarət heyət ziyafətə qatılıb.

 

Amerikalılar və Avrasiyalıların “Turquoise” Şurasının yüksək təşkilatçılığı ilə keçirilmiş ziyafətə ştat rəsmiləri və yerli ictimaiyyətin nümayəndələri ilə yanaşı, Arkanzasda yaşayan türk və Azərbaycan icmasının fəalları da qatılıblar. Ziyafəti açmış Arkanzas türk icmasının fəalı Mehmet Ulupinardan sonra Arkanzas Senatının üzvü xanım Coys Eliot çıxış edib. O, ABŞ-ın müttəfiqləri olaraq Türkiyə və Azərbaycanın müvafiq əhəmiyyətindən söz açıb, hər iki ölkənin dostu olaraq Arkanzas ştatı ilə münasibətlərimizin inkişafına hər zaman töhfə verməyə hazır olduğunu söyləyib. Türkiyə nümayəndə heyəti adından danışan millət vəkili Mehmet Öntürk iki dost ölkə arasında mövcud çoxşaxəli münasibətlərin dərin köklərinə toxunub. Onun sözlərinə görə, mövcud əməkdaşlığın genişləndirilməsinə ehtiyac var və bu mənada, xüsusilə qarşılıqlı sərmayə vasitəsilə ticarət dövriyyəsinin artırılması vacibdir.  Ziyafətdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından bəri ötən dövr əzində qət olunmuş yola nəzər salıb. O, təhlükəsizlik, enerji və iqtisadiyyat başda olmaqla, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığa hər iki tərəfin önəm verdiyini vurğulayıb. Fəxrəddin İsmayılov qeyd edib ki, Azərbaycan və ABŞ əsgərlərinin Əfqanıstanda çiyin-çiyinə xidmət edirlər, eləcə də müttəfiqlərin bu ölkəyə göndərilən yüklərinin əhəmiyyətli bir hissəsinin məhz Azərbaycandan keçir. O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının 20 ildən artıq davam etdiyini və bu işğalın doğurduğu nəticələri də nəzərə çatdırıb. Ziyafətdə Azərbaycan və Arkanzas arasında dostluq münasibətlərinin inkişafı və Xocalı qətliamından bəhs edən qətnamələrin qəbuluna görə ziyafətdə iştirak edən Senat və Nümayəndələr Palatasının üzvlərinə kollektiv və fərdi sürətdə minnətdarlıq ifadə olunub. Fəxrəddin İsmayılov Xocalı faciəsinin 21-ci ildönümü ərəfəsində 1992-ci ildə qətlə yetirilmiş günahsız qurbanların xatirəsinin bu şəkildə yad edilməsini Azərbaycan xalqının yüksək qiymətləndirdiyini qeyd edib.

 

Azərbaycan nümayəndəsinin çıxışının ardınca müvafiq olaraq Senat və Nümayəndələr Palatasında əlaqədar qətnamələrinin qəbulu təşəbbüsü ilə çıxış etmiş Senator Brayn Kinq və Nümayəndələr Palatasının üzvləri Conatan Barnet və Kerin Hoper həmin sənədlərin rəmzi surətlərini Səfirliyin müşaviri Fəxrəddin İsmayılova təqdim ediblər. Nümayəndələr palatasının üzvü C.Barnet öz çıxışında bir daha Azərbaycana və Türkiyəyə öz səmimi dostluğunu ifadə etmiş və müttəfiqlərin mövcud münasibətlərinin davamlı xarakter daşıdığını vurğulayıb. Ziyafətə qatılmış çoxsaylı Arkanzas rəsmiləri arasında olmuş ştatın qubernatoru Mayk Bibi Türkiyə və Azərbaycan nünayəndə heyətinin üzvləri ilə görüşüb, ABŞ-ın müttəfiqləri olan hər iki ölkə ilə münasibətlərin səviyyəsindən məmnun olduğunu bildirib.

 

Nümayəndə heyəti həmin gün Arkanzas ştatının dövlət katibi Mark Martin, qubernatorun müavini Mark Dar və Nümayəndələr Palatasının spikeri Dəvi Karter ilə görüşlər keçirib, tərəflər arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün atıla biləcək addımları müzakirə edilib. Görüşlər zamanı Arkanzas rəsmilərinə Nümayəndələr Palatasının 8 fevralda, Senatın isə 11 fevralda qəbul etdiyi Azərbaycan və Arkanzas arasında dostluq münasibətləri və Xocalı qətliamından bəhs edən qətnamələrin qəbuluna görə təşəkkür bildirilib. Həmin gün paytaxtın əsas inzibati dövlət binası olan Arkanzas Dövlət Kapitol Binasının qarşısında Azərbaycan və Türkiyə bayraqları dalğalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1172

Oxşar yazılar