Alman deputat: “Xocalı aeroportunun açılması sülh prosesini əngəlləyə bilər”
07 fevral 2013 14:50 (UTC +04:00)

Alman deputat: “Xocalı aeroportunun açılması sülh prosesini əngəlləyə bilər”

“Xocalı aeroportunun yenidən açılması, sülh prosesini əngəlləyər və digər tərəfdən Dağlıq Qarabağ münaqişəsinin daha da qızışdırar”.

 

 APA-nın məlumatına görə, Almaniya Bundestaqının üzvü, Xristian Demokrat İttifaqı / Xristian-Sosial İttifaqı partiyaları fraksiyasından millət vəkili, Hüquq komitəsinin üzvü, fraksiyanın Gənclər qrupunun sədri Marko Vandervitzin (Marco Wanderwitz) Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin sualı belə cavablandırıb.

 

O bildirib ki, Almaniya, Azərbaycanın Dağlıq Qarabağ və ətrafyanı rayonlarının davam edən işğalını qınayan və Ermənistan qüvvələrinin dərhal çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləyir.

 

“Ölkənin ərazi bütövlüyü çox vacibdir. Dağlıq Qarabağ Azərbaycanın hissəsidir. Qaçqınlar probleminin həlli, sülh həll yolunun mərkəzi məsələsidir. Azərbaycan uzun müddətdir ki, Almaniyanın tərəfdaşıdır. Biz münaqişə ilə əlaqədar çox narahatıq və onun həllinə fəal olaraq yardım etməyə çalışırıq. Almaniya çoxtərəfli formatda sülh həll yolu istiqamətində işləməyi davam etdirmək arzusundadır. İyirmi il ərzində edilən səylərdən sonra Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in institutları müstəvisində axır ki, məsələnin həllinə nail olmalıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496
avatar

Oxşar yazılar