Aprelin 2-də Azərbaycan Dillər Universitetində Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 21-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilib. Bu barədə Lent.az-a Universitetin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, Çinin Azərbaycandakı səfirliyinin əməkdaşı Qu Min, Çin dili və mədəniyyəti mərkəzinin direktoru Rafiq Abbasov və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakütəsinin tələbələri iştirak ediblər.
Tədbirdə Rafiq Abbasov, prorektor Jalə Qəribova çıxış edərək ADU-nun bir sıra universitetlərlə əməkdaşlıq etdiyini, tələbə-müəllim mübadiləsi aparıldığını qeyd ediblər və bu istiqamətdə yüksələn xətt üzrə irəliləyişlərin davamlı olduğunu söyləyiblər.
Çin dilinin tədrisinin universitetdə mühüm rol oynadığını və bu prosesə xüsusi qayğı göstərildiyini bildirilib.
Sonra səfirliyin əməkdaşı Qu Min Azərbaycan-Çin diplomatik münasibətlərinin daha da möhkəmləndiyini və öz inkişaf mərhələsində olduğunu söyləyib.