Milli Demokratiya İnstitutunun Azərbaycanda inqilab hazırladığı barədə ittihamlar əsassızdır.
Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. Səfirlik bəzi kütləvi informasiya vasitələrində MDİ Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin Azərbaycanda “Facebook” sosial şəbəkəsi vasitəsilə inqilab planlaşdırılması layihəsinə 2 milyon dollar xərclədiyi barədə xəbərləri belə şərh edib:
“Milli Demokratiya İnstitutu və onun direktoru Azərbaycanda vətəndaş cəmiyyətinə və demokratik inkişafına dəstək istiqamətində iş həyata keçirir. MDİ 1995-ci ildən başlayaraq Azərbaycanda tam şəffaf fəaliyyət göstərir və onun fəaliyyəti Azərbaycan Ədliyyə Nazirliyi ilə imzalanmış qeydiyyat müqaviləsinə uyğun aparılır”.