Van-İrəvan aviareysinin açılmasına münasibət- AÇIQLAMA
15 mart 2013 20:21 (UTC +04:00)

Van-İrəvan aviareysinin açılmasına münasibət- AÇIQLAMA

 APA-nın xəbərinə görə, bunu  Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Van-İrəvan aviareysinin açılmasına münasibət bildirərkən deyib.

 

 

Onun sözlərinə görə, rəsmi Bakı bu cür təmaslara işğalçı ölkəyə dəstək və onun gücləndirilməsi kimi yanaşır: “Bu dəstək isə işğal faktını uzadır. Bunu Azərbaycanla strateji maraqları üst-üstə düşən dövlətlər reallaşdırdıqda, buna ikiqat qısqanclıqla yanaşırıq. Bu, tək bizim deyil, eyni zamanda Türkiyə ictimaiyyətinin də münasibətidir”.

 

Ə.Həsənov xatırladıb ki, bir müddət əvvəl Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi ortaya çıxanda da bu məsələ Türkiyə ictimaiyyəti, siyasi partiyalar və Türkiyə hökuməti tərəfindən dəstəklənməyib: “Van-İrəvan aviareysinin açılmasını Ermənistandakı işğalçı rejimə hansısa formada verilmiş rəsmi dəstək kimi qiymətləndiririk”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 871
avatar

Oxşar yazılar