Vaşinqton ştatından demokrat Cim MakDermott, Virciniya ştatından demokrat Ceyms Moran, Missuri ştatından respublikaçı Billi Lonq, Nyu Cersi ştatından demokrat Donald Peyndən ibarət CoDEl nümayəndə heyətinin Bakıya 3 günlük səfəri başa çatdı. Səfər çərçivəsində konqresmenlər ölkənin ictimai-siyasi, mədəni həyatı ilə tanış olmaq imkanı əldə etdilər. Konqresmenlərin Səfərinin ilk günü ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olunması ilə başladı. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən nümayəndə heyətinə müasir Azərbaycan tarixinin təzadlı və faciəvi dövrü haqqında geniş məlumat verildi. 3 gün ərzində Azərbaycanın yüksək rütbəli məmurları, ictimai xadimləri ilə görüşən konqresmenlər Azərbaycan Diplomatiya Akademiyasının da qonağı oldular. Akademiyanın rektoru Hafiz Paşayevlə görüşən nümayəndə heyəti Azərbaycanın təhsilinin bu günü haqqında fikir mübadiləsi etdilər. Akademiyada gördüklərindən heyran olduqlarını bildirən konqresmenlər buranı Harward və Georgetaun Universiteti ilə müqayisə etdilər. Heydər Əliyev mərkəzində təşkil olunan ekskursiya çərçivəsində konqresmenlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış oldular. Bakının özündə həm qədim, həm də müasir memarlıq ənənələrini ahəngdar şəkildə yaşatması konqresmenlərin ən çox heyran olduğu məqam idi. Amerikalı konqresmenlər ən yaxın zamanda Azərbaycana yenidən üçün istirahət üçün qayıdacaqlarını bildirərək burdan zəngin təəssüratlar və ölkəmiz haqqında ən yüksək fikirlərlə ayrıldılar.
(R) Amerikalı konqresmenlərin Bakıya səfəri başa çatdı
412