Bu gün Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.
Lent.az-ın məlumatına görə, aksiya iştirakılarına tez-tez meydanın arxa sıralarına çəkilmək, bayraqları meydana səpələməklə bağlı çağırışlar edilib.
Mitinqdə Milli Şuranın Koordinasiya Şurasının üzvləri Gültəkin Hacıbəyli, Vidadi Mirkamal, Eldəniz Quliyev və Əli Kərimli çıxış ediblər. Milli Şuranın sədri Cəmil Həsənli aksiyaya qatılmayıb.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aksiyada 2500 nəfərə qədər iştirakçı olub.
Aksiya insidentsiz başa çatlb.
***
17:05
Bu gün Milli Şura paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirir.
APA-nın məlumatına görə, aksiya bu il sentyabrın 26-da keçiriləcək referendumda Konstitutsiyaya ediləcək dəyişikliklərlə bağlıdır.
Mitinqin təhlükəsizliyi Bakı polis tərəfindən həyata keçirilir.