[b]“Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” təsdiqləndi[/b]
27 aprel 2016 19:05 (UTC +04:00)

[b]“Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” təsdiqləndi[/b]

 

Prezidenti İlham Əliyev “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın məlumatına görə, sərəncama əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlarını təqdim etməli, fəaliyyət planının icrası üzrə illik iş planlarını təsdiq etməli və bu barədə məlumatı Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada verməlidirlər.

 

Nazirlər Kabineti və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək tövsiyə edilib.

 

Fəaliyyət Planının icrasının dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görülməli və həmin planın həyata keçirilməsi sahəsində görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat verilməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243
avatar

Oxşar yazılar