“Kənar ölkələrin Xəzərdə hərbi mövcudiyyəti qəbuledilməzdir”
21 noyabr 2013 14:26 (UTC +04:00)

“Kənar ölkələrin Xəzərdə hərbi mövcudiyyəti qəbuledilməzdir”

0

“Rusiya bölgə xaricindəki bir sıra ölkə və təşkilatların öz maraqlarını Xəzəryanı ölkələrə sırımaq cəhdlərini qeyri-konstruktiv sayır”.


 

APA-nın Rusiya XİN-in saytına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə işçi qrupun xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilən 34-cü iclasında çıxışında deyib. O bildirib ki, Xəzərdən uzaqda yerləşən bu dövlətlərin və təşkilatların Xəzəryanı ölkələrə öz maraqlarını qəbul etdirməyə çalışması, hətta bəzən bu ölkələri qarşı-qarşıya qoymaq kimi qeyri-konstruktiv cəhdləri ümumi işə kömək etmir: “Bölgədən kənardakı ölkələrin Xəzərdə hərbi mövcudiyyəti də qəbulolunmazdır”.

 

Nazir Xəzər regionunda sülh, dostluq və mehriban qonşuluğun qorunmasının vacibliyini qeyd edib: “Rusiya Xəzərlə bağlı bütün prinsipial məsələlərin yalnız “beşlik” çərçivəsində həlli barədə razılaşmalara bundan sonra da dəqiq əməl etmək niyyətindədir. Dəniz və onun ehtiyatları ilə bağlı məsələlərdə yalnız bu dövlətlər müstəsna suveren hüquqlara malikdir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 942

Oxşar yazılar