Rusiya, Qazaxıstan və Belorus tərəfindən yaradılmış Gömrük ittifaqına qoşulması avrointeqrasiya prosesində Ermənistana bəzi problemlər yarada bilər.
Lent.az-ın "Armİnfo"-ya istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Qafqaza səfəri çərçivəsində İrəvanda olan Britaniya xarici işlər nazirinin müavini Saymon Freyzer bəyan edib.
Onun qənaətincə, Ermənistan və Avropa Birliyi "Dərin və hərtərəfli azad ticarət zonası yaratmaq barədə müqavilə", eləcə də Assosiasiya sazişi ətrafında danışıqları davam etdirirlər.
«Mən sizin Rusiya ilə dərin münasibətlərinizə hörmət edirəm, lakin hesab edirəm ki, Gömrük ittifaqına qoşulmaq avrointeqrasiya məsələsində bir sıra problemlərə səbəb ola bilər»- deyə, S.Freyzer bildirib.