“Yeni Azərbaycan Partiyasının gündəmində Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənli barədə hansısa materialın istintaq orqanlarına verilməsi yoxdur”.
Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
S.Novruzov qeyd edib ki, partiya tərəfindən C.Həsənlinin seçki kampaniyası zamanı yol verdiyi təhqir və böhtanlarla bağlı tədqiqatlar aparılsa da, hələ ki onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi nəzərdə tutulmayıb: “Bu məsələ bu gün bizim gündəmimizdə deyil”.