« Azərbaycanın hər doqquzuncu sakini qaçqın və  məcburi köçkündür»
13 fevral 2013 03:41 (UTC +04:00)

« Azərbaycanın hər doqquzuncu sakini qaçqın və  məcburi köçkündür»

XİN rəhbəri: “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycanın hər doqquzuncu sakini qaçqın və ya məcburi köçkündür”.

 “Qonşu Ermənistan tərəfindən başlanan müharibə Azərbaycan torpaqlarının işğalı ilə nəticələnib və dinc əhaliyə qarşı təsirini davam etməkdədir”.APA-nın məlumatına görə, bu barədə bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Nyork şəhərində “Silahlı münaqişələrdə dinc əhalinin mühafizəsi” mövzusunda keçirilən debatlarda çıxışı zamanı bəyan edib.

 

Nazir qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan qaçqın və  məcburi köçkünlərin sayına görə dünyada birinci yerlərdən birini tutur. “Hal-hazırda Azərbaycanın hər doqquzuncu sakini bu kateqoriyadan olan insanlara aiddir”.  

 

XİN rəhbəri çıxışında Xocalı soyqırımı məsələsinə də toxunub. “21 il bundan əvvəl Xocalı şəhərində Azərbaycan dinc əhalisinə qarşı soyqırım aktı törədilib. Bir gecə ərzində 600-dən çox dinc sakin yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilib”.

 

Elmar Məmmədyarov qeyd edib ki, bu cür etnik təmizləmə və soyqırım faktları, yerli əhaliyə hücumlar beynəlxalq humanitar hüququn pozulması deməkdir. “Biz əminik ki, beynəlxalq səviyyədə aparılan ardıcıl tədbirlər və qəbul olunmuş hüquqi çərçivələr münaqişə zamanı Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərdə bütün təqsirli olanları məsuliyyətə cəlb olunmasına kömək edəcək”, deyə nazir qeyd edib.  

 

Elmar Məmmədyarov həmçinin qeyd edib ki, BMT bu məsələdə daha fəal rol oynamalıdır. “Uzanmış münaqişələr də daxil olmaqla silahlı münaqişələrin bütün növlərinin sizin fəal diqqətinizə ehtiyacı var”- deyə, nazir vurğulayıb.

 

Nazir məcburi köçkünlərin doğma yurdlarına dönmək hüququnu xüsusi qeyd edib: “Mülkiyyət, torpaq məsələləri, etnik zəmində diskriminasiya, belə hallarda baş verən demoqrafik dəyişikliklər qanunsuz hərəkətlərə son qoymaq və məcburi köçkünlərin öz torpaqlarına geri dönmələrini təmin etmək üçün daha ardıcıl yanaşmanı zəruri edir”.    

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541
avatar

Oxşar yazılar