“Azərbaycan Los Anceles ilə görüşür”
07 fevral 2013 12:57 (UTC +04:00)

“Azərbaycan Los Anceles ilə görüşür”

Azərbaycan Dövlət Gömrük Komitəsinin və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Los Anceledə “Azərbaycan Los Anceles ilə görüşür” adlı geniş tədbir keçirilib. Konsulluqdan Lent.az-a verilən məlumata görə, Los Ancelesin nüfuzlu Skirball Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Los Anceles şəhəri və vilayətinin təmsilçiləri, Kaliforniya yerli qanunvericilik orqanının nümayəndələri, universitet professorları, iş adamları, xarici ölkələrin baş konsulları, KİV nümayəndələri, Hollivud filmlərinin bəstəkarları və digər mədəniyyət xadimləri, eləcə də Azərbaycan və yəhudi icmalarının üzvləri iştirak ediblər.
 


Tədbir Azərbaycan muğam triosunun və Amerikan caz qrupunun ifasında muğam-jazz sintezi konserti ilə başlayıb. Mahir instrumental ifaçılar İmamyar Həsənov (kamança), Rüfət Həsənov (tar) və Elşən Qasımovun (nağara) ifa etdiyi Azərbaycan muğam və xalq musiqisi nömrələri məşhur gitaraçı Piter Spraqın rəhbərlik etdiyi caz qrupu tərəfindən müşayiət olunub.


Konsertdən sonra “Azərbaycan Gömrüyü mədəni dəyərlərin keşiyində” adlı sərginin açılışı olub. Sərgidə Azərbaycan Dövlət Gömrük Komitəsi muzeylərində saxlanılan, Komitə əməkdaşları tərəfindən zaman-zaman qaçaqmalçılardan müsadirə olunmuş qədim və dəyərli incəsənət əsərləri nümayiş etdirilib.


Ölkəmizin Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbiri açaraq  bu kimi tədbirlərin keçirilməsinin Azərbaycanın Kaliforniyada daha da tanınması, eləcə də Azərbaycan və ABŞ xalqları arasındakı dostluq bağlarının daha da gücləndirilməsi baxımından yüksək önəm daşıdığını bildirib.


Daha sonra çıxış edən  Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Dövlət Gömrük Komitəsinin mədəni dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində gördüyü işlərdən, sərgidə nümayiş etdirilən eksponatların yüksək bəşəri önəmindən bəhs edib.

 

Komitə sədri Dağlıq Qarabağ kimi nəzarət olunmayan ərazilərdən istifadə yolu ilə mədəni dəyərlərin oğurlanmasının bəşəriyyətin mədəni irsinə zərbə vurduğunu qeyd edərək, belə halların qarşısının alınmasının vacibliyini bildirib.


 Tədbir Azərbaycan mətbəxi nümunələrini və şərablarını da özündə əks etdirən ziyafətlə yekunlaşıb.


Xatırladaq ki, növbəti tədbirin 8 fevral tarixində Kaliforniyanın San Dieqo şəhərində keçirilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 937
avatar

Oxşar yazılar