“…xüsusi amansızlıqla qətlə yetiriliblər”
31 mart 2013 13:53 (UTC +04:00)

“…xüsusi amansızlıqla qətlə yetiriliblər”

0

“31 Mart bütün Türk  dünyasının unutmayacağı tarixdir. 1918-ci ildə məhz bu tarixdə ermənilər minlərlə Azərbaycan türkünü xüsusi amansızlıqla qətlə yetiriblər. Sözün əsl mənasında soyqırım baş verib”.

 

APA-nın xəbərinə görə, bunu Türkiyə - Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Necdət Ünüvar deyib.

 

O qeyd edib ki, ötən əsr müddətində Azərbaycan xalqı bir neçə dəfə belə soyqırıma məruz qalıb: “Bunu sübut edəcək sənədlərin, fotoşəkillərin  olmasına baxmayaraq, dünya birliyi hələ də baş verənlərə laqeyd yanaşır, bu isə bizi narahat edir”.

  

Millət vəkili 1998-ci il martın 26-dan etibarən prezident Heydər Əliyev fərmanı ilə 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunduğunu da xatırladıb.

 

N. Ünüvar daha sonra qeyd edib: “Aprelin 24-də qondarma soyqırım iddialarına dünyanın diqqətini cəlb eləməyə çalışanlar azərbaycanlı qardaşlarımıza qarşı tarix boyu sistematik olaraq törətdikləri qətliamları nə qədər ört-basdır edib, unutdurmağa çalışsalar da, Türk milləti və tarix   bunu unutmayacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1569

Oxşar yazılar