20 Yanvar faciəsi ilə bağlı Kolumbiyanın həmrəylik  notası
08 fevral 2013 21:07 (UTC +04:00)

20 Yanvar faciəsi ilə bağlı Kolumbiyanın həmrəylik  notası

0

Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinə 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik ifadə edən nota daxil olub.

 

Lent.az-a Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin mətbuat xidmətindən daxil olan məlumatda  bildirilib.

 

Notada, “1990-cı ilin 20 yanvar tarixində Sovet İttifaqı tərəfindən Azərbaycan ərazilərinə qarşı təcavüz zamanı baş vermiş Qara yanvar kimi tanınan hadisələrə” istinadən bildirilib ki, “Kolumbiya Xarici İşlər Nazirliyi 1991-ci ildə uğurla başa çatmış Azərbaycan xalqının öz müqəddəratını həll etmək və suverenliyinə nail olmaq uğrunda göstərdiyi səylərinə hörmətlə yanaşdığını təsdiq edir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 728

Oxşar yazılar