Xaricə icazəsiz səfər edən  deputatların mandatları ləğv ediləcək
04 iyul 2024 14:35 (UTC +04:00)

Xaricə icazəsiz səfər edən deputatların mandatları ləğv ediləcək

Rusiyada deputatlar və senatorlar xaricə icazəsiz səfər etdikləri halda mandatları ləğv ediləcək.

Lent.az xəbər verir ki, Dövlət Duması deputatların və senatorların xaricə icazəsiz səfər etdikləri halda onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında qanun qəbul edib.

Təşəbbüs Rusiyanın təhlükəsizliyinə yeni təhdidlərin yaranması və son vaxtlar xarici kəşfiyyat xidmətlərinin fəaliyyətinin xüsusilə intensivləşməsi ilə əlaqədar irəli sürülüb./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3387
avatar

Oxşar yazılar