Vardanyanın xeyriyyəçi adı ilə separatçı fəaliyyətindən bəhs edən film nümayiş olundu -  YENİLƏNİB
19 dekabr 2025 19:41 (UTC +04:00)

Vardanyanın xeyriyyəçi adı ilə separatçı fəaliyyətindən bəhs edən film nümayiş olundu - YENİLƏNİB

0

Nizami Kino Mərkəzində AnewZ TV-nin araşdırma seriyasından “The Oligarch’s Design” sənədli filminin rəsmi nümayişi keçirilib.

Lent.az xəbər veiri ki, mərasimdə çıxış edən AnewZ” televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev qeyd edib ki, film 8 ölkədə, 10-11 ay zaman ərzində çəkilib.

"Filmin Ermənistanda çəkilən hissələrində Ruben Vardanyanla müxtəlif təşkilatlar daxilində birgə fəaliyyət göstərən şəxslərdən müsahibələr götürülüb ki, bura qondarma “Dağlıq Qarabağ Respublikası”nın “rəsmi” şəxsi də daxildir", - deyə o bildirib.

Daha sonra çıxış edən AnewZ” TV kanalının baş redaktoru Qay Şoun bildirib ki, beynəlxalq araşdırma təşkilatları tərəfindən dərc edilmiş materiallar filmin faktoloji bazasının bir hissəsini təşkil edir.

"Azərbaycan, Ermənistan və Ukraynada aparılmış araşdırmalar və müsahibələr, həmçinin deputatlar, prokurorlar, regional ekspertlər və jurnalistlərin təhlilləri əsasında təqdim olunur",- deyə Qay Şoun vurğulayıb.

The Oligarch's Design" açıq mənbə məlumatlarına və milyardlarla dolların ofşor strukturlar vasitəsilə hərəkət etdirildiyi "Troika Laundromat" maliyyə şəbəkəsini aşkara çıxaran beynəlxalq tədqiqatlara əsaslanır.

Sənədli filmin əsas bölmələrindən biri Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib bölgəyə köçməsi və tanlnmamış separatçı rejimin siyasi müstəvisində fəaliyyətə başlaması prosesinə həsr olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib.

***

15:59

Bu gün “AnewZ” beynəlxalq xəbər və analitika kanalının "AnewZ Investigations" adlı yeni redaksiya istiqaməti çərçivəsində hazırlanmış "The Oligarch's Design" sənədli film ilə bağlı mətbuat konfransı keçirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, mətbuat konfransında filmin xeyriyyəçilik, maliyyə arxitekturası və dəqiqliklə qurulmuş narrativlər vasitəsilə siyasi təsirin necə formalaşdırıla biləcəyini araşdırdığı bildirilib.

Qeyd edilib ki, "The Oligarch's Design" açıq mənbə məlumatlarına və milyardlarla dolların ofşor strukturlar vasitəsilə hərəkət etdirildiyi "Troika Laundromat" maliyyə şəbəkəsini aşkara çıxaran beynəlxalq tədqiqatlara əsaslanır.

Sənədli filmin əsas bölmələrindən biri Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib bölgəyə köçməsi və tanınmamış separatçı rejimin siyasi müstəvisində fəaliyyətə başlaması prosesinə həsr olunub.

“AnewZ” televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev sənədli filmin 8 ölkədə, 10-11 ay zaman ərzində çəkildiyini və bu proyektdə 100-yaxın insanın əmək sərf etdiyini bildirib.

O qeyd edib ki, filmin Ermənistanda çəkilən hissələrində Ruben Vardanyanla müxtəlif təşkilatlar daxilində birgə fəaliyyət göstərən şəxslərdən müsahibələr götürülüb ki, bura qondarma “Dağlıq Qarabağ Respublikası”nın “rəsmi” şəxsi də daxildir.

Rüfət Həmzəyev sözügedən sənədli filmlə “AnewZ” telekanalında yeni bir redaksiya istiqamətinin yarandığını əlavə edib.

“AnewZ” TV kanalının baş redaktoru Qay Şoun isə çıxışında vurğulayıb ki, sənədli filmin çəkilişlərində jurnalistikanın bütün etik prinsiplərinə, qərəzsizliyə və faktların yoxlanılmasına tam riayət olunub.

Bildirilib ki, beynəlxalq araşdırma təşkilatları tərəfindən dərc edilmiş materiallar filmin faktoloji bazasının bir hissəsini təşkil edir.

Qeyd edilib ki, bu proseslər Azərbaycan, Ermənistan və Ukraynada aparılmış araşdırmalar və müsahibələr, həmçinin deputatlar, prokurorlar, regional ekspertlər və jurnalistlərin təhlilləri əsasında təqdim olunur.

"The Oligarch's Design" filminin İtaliya, Litva, Böyük Britaniya, ABŞ, Ermənistan, İsrail, Ukrayna va Azərbaycan ərazilərində çəkildiyi vurğulanıb.
Layihənin hazırlanmasında 100-ə yaxın jurnalist, prodüser, operator, montajçı və tədqiqatçı iştirak edib. Onların bir qismi aktiv müharibə zonaları da daxil olmaqla çətin və yüksək riskli şəraitdə çalışıb.

"ANEWZ Investigations" platforması vasitəsilə kanal uzunmüddətli araşdırma jurnalistikasını dərinləşdirməni, yoxlanılmış, məlumatlara əsaslanan yanaşmanı, hesabatlılığı və güc mexanizmlərinin ictimai diqqətdən kənarda necə fəaliyyət göstərdiyinin daha dərindən anlaşılmasını prioritet kimi müəyyənləşdirir.

"The Oligarch's Design" sənədli filminin premyerasının bu gün axşam baş tutacağı diqqətə çatdırılıb.

Xatırladaq ki, hazırda Bakı Hərbi Məhkəməsində Ruben Vardanyanın məhkəməsi keçirilir, prokuror onun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Vardanyanın xeyriyyəçi adı ilə separatçı fəaliyyətindən bəhs edən filmin rəsmi nümayişi keçirilib - FOTO

Vardanyanın xeyriyyəçi adı ilə separatçı fəaliyyətindən bəhs edən film hazırlanıb - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 528

Oxşar yazılar